AzeriFood saytına xoş gəlmisiniz!
Mən yanmasam
Sən Yanmasan
Biz yanmasaq
Necə çıxar qaranlıqlar aydınlığa?
Nazım Hikmət
Ruhumu təcəssüm etdirən Nazim Hikmətin şeiri ilə sizi bu sayta dəvət etmək istəyirəm. Məqsədim Azərbaycan mətbəxinin reseptlərini yaymaqdır. Bu saytda kitabdan olan reseptlər yoxdur, yalnız nəsildən-nəslə ötürülən reseptləri tapa bilərsiniz. Burada gördüyünüz hər şey mənim əllərim ilə bişirilib. Onu da demək istərdim ki, hər ailənin özünə məxsus olan xörək bişirmə üsulu var. Burada mənim ailəmdə istifadə edilən üsulları tapa bilərsiniz.
Sayt mədəni irsimizə sahib olduğum, yemək bişirməyi öyrəndiyim, resept və məsləhətlərindən bu gün də istifadə etdiyim nənəm Muradəliyeva Şüküfə Abdul-Manaf qızının (14.04.1917-13.09.2006) xatirəsinə həsr olunub.
10+
YEARS OF EXPERIENCE
100%
HOMEMADE RECIPES
4
CULTURES & LANGUAGES
If you like it, share it
