Mən Nazım Hikmətin bu sözləri ilə Sizi sayta dəvət edirəm. Bizim məqsədimiz – azərbaycan mətbəxinin təbliğidir. Burada təklif olunan reseptlər kitablardan deyil, bunlar nəsildən nəslə ötürülən məsləhətlərdir. Burada nə görürsünüzsə - mənim və dostlarımın əlləri ilə hazırlanıb. Hər bir kəsin öz fərqli hazırlama üsulları var.
Saytı mən nənəm – Muradəliyeva Şükufә Əbdül-Manaf qızının (14.04.1917-13.09.2006) xatirəsinə həsr edirəm, çünki bu günə kimi mən məhz onun üsul və məsləhətlərindən istifadə edirəm. Eyni zamanda mən dostlarıma təşəkkürümü bildirmək istəyirəm: Aygün (http://www.aygun.dk/), Həsənova Nailə (Azərbaycan), İbrahimov Qurban (Almaniya), Teymurov Siyavuş (Azərbaycan).
Sağ olun göstərdiyiniz köməyə görə.
Səhifəmin azəri dilində də olmasına görə sevimli xalama Muradəliyeva Elmira Böyük-Ağa qızına təşəkkür etmək istəyirəm. Mənim əziz xalam, mən sənə çox minnətdaram! Allah səni bizə çox görməsin!
Bu sözləri yazanda anama Muradəliyeva Şərqiyyə Böyük-Ağa qızına da mənim həyatımda olmağı üçün, mənə və uşaqlarıma dəstək və dayaq olmaq üçün mən sonsuzca minnətdaram.
Sonda xatırlatmaq istəyirəm ki, səhifə daima yeni reseptlərlə genişlənəcək.
Azərbaycana xoş gəlmisiniz!
Hörmətlə,
Güllü Cahangir (Danimarka-İsveç)