Reseptlərə

 

 

AzeriFood.com

Azərbaycanda çörəkbişirmə

 

 

 

Azərbaycan ərazisində əkinçilik min illər boyu əhalinin mühüm və aparıcı təsərrüfat sahəsi olduğuna görə çörəkbişirmə nəsildən-nəsilə keçib. Çörəkbişirmə mövsumu xarakter daşımamışdır, çünki çörək əhalinin gündəlik yeməyinin tərkib hissəsi olmuşdur. Azərbaycanda çörəkbişirmə vasitələri ocaqlar, gil və çuğun saclar, gil tava olmuşdur. Çörəkbişirmənin əsasını təşkil edən və eneolit dövründən mövcud olan təndrilər öz quruluşunu dəyişməyərək hal-hazırda da istifadə olunurlar.

 

Çörək növləri də müxtəlifdir: təndir çörəyi, lavaş (yuxa, yayma), fətir, nazik, qalın, kətə, mayasız çörək (cır çörık) – xörək çörəyi, bəyim çörəyi, qoz çörəyi, badam çörəyi və s.

 

Azərbaycan xalqının çörəklə bağlı bir çox atalar sözləri, bayatıları var.

 

Atalar sözləri

 

  • Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır
  • Su ilə çörək – səlamət xörək
  • Duz çörək – düz çörək
  • Çörəyi tapdalamazlar
  • Çörək çörəyə borcludur
  • Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı
  • Duzsuz çörəyin dadı, çörəksiz kişinin adı olmaz
  • Hər kəs öz əkdiyini biçər
  • Bir tikə çörək dağ aşırar
  • O elin sorağı onda çıxır ki, çörəyi bol olsun

 

Bayatılar

 

Əzizim kasa dolmaz

Mərd əli kasad olmaz

Yüz namərdin çörəyin

Doğrasan kasa dolmaz

 

Lənətlər

 

Çörək səni tutsun

Çörək qənim olsun

Çörəyə həsrət qalasan

Çörək atlı olsun, sən piyada

 

VəsiləHəmədova. Azərbaycan ənənəvi çörəkbişirmə, Bakı, 1997.

 Yuxarı

 

admin@azerifood.com