|

|
Müassir Azərbaycanın kartı |
Azərbaycan - türklərin etnik ərazisi və tarixi vətənidir. Ölkənin adı ən qədim dövrə təsadüf edir - e.ə. VI-IV əə.və mənası "od Allahı tərəfindən qorunan məkan" deməkdir.
Yer kürəsinin 11 iqlim zonasından 9-zu Azərbaycanda mövcuddur: subtropiklardan başlayaraq alp çəmənliklərinədək. Ancaq burada unikal müalicəvi neft tapılıb - naftalan. Eyni zamanda Azərbaycan hələ orta çağlardan öz nadir məhsulları ilə məşhur idi: neft, ipək, zəfəran, pambıq, balıq, qara kürü və s. Ölkənin iri şəhərləri - Şamaxı, Bakı, Ərdəbil, Şəki, Beylaqan, Marağa, Dərbənd, Təbriz, Naxçıvan Böyük Ipək yolu marşrutunda yerləşirdilər. XII-ci yüzillikdən etibarən Bakı Xəzərin ən böyük limanına çevrilir.
Azərbaycanda ən qədim insan cəmiyyətinin yaşayış yeri Qarabağda Azıx mağarasında tapılmışdır (400 min il öncə). Bu dünyada neandertal adamının 4-cü yaşadığı məkan idi.
XIX yüzilliyin əvvəlində Azərbaycanın Rusiya və Iran arasında bölüşdürülməsindən öncəölkənin əhalisi əsasən monoetnik idi. Çarlıq Rusiyasıöz ağalığını Quzey Azərbaycanda bərkitmək üçün yalnız sünqü və top dilində "danışmaqla" kifayətlənməyərək, burada köklü etnodemoqrafiya dəyişikliyi aparmışdır. Quzey Azərbaycana rus, erməni, almanlar köçürülmüşdülər.

|
Birləşmiş Azərbaycanın kartası (Güney və Quzey) |
Günümüzdə Quzey və Güney Azərbaycan fərqli siyası və ideoloji-kültür modelləri üzrə inkişaf edirlər. Quzey Azərbaycan buqün müstəqil Azərbaycan Respublikası, Güney isə Iran Islam Respublikası tərkibində 7 ostana bölünmüşdür.
Azərbaycanlılar sayca dünyada ikinci türk millətidirlər. Dünya azərbaycan türklərinin sayı 40 mln., onlardan əksəriyyəti öz tarixi Vətənində yaşayır: 8 mln. - Azərbaycan Respublikasında, 25 milliondan artıq - Güney Azərbaycanda, qalanları isə - diasporada.
Islama qədər Azərbaycanda oda tapınma, tanrıçılıq, xristianlıq yayılmışdı, amma bu dinlər yerli əhalinin birləşdirilməsinəqətirib çıxarmadı. Yalnız VII-X əsirlərdə islamın qəbulu və müsəlman mədəniyyətinin yayılmasıümumazərbaycan məkanında dini-kültür birliyinin yaradılmasına qətirib çıxartdı. Günümüzdə Azərbaycan - türk-müsəlman dünyasının tərkib hissəsidir.
Azərbaycan türklərinin şifahi xalq ədəbiyyatının tacı olan "Kitabi-Dədəm Qorqud", eyni zamanda, əvəzolunmaz tarixi qaynaqdır. O, Azərbaycan oğuzlarının Dərbənddən Diyarbəkr hüdudlarına, Xəzər dənizindən Qara dənizədək geniş yayıldığınıtəsdiqləyən qaynaqdır.

|
Sazda çalan Dədə Qorqudun illyustrasiyası |
XX yüzilliyin əvvəlindəŞərqdə ilk dəfə olaraq Üzəyirbəy Hacıbəyli tərəfindən dahi azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) "Leyli və Məcnun" poemasının motivləri əsasında eyni adlı opera (1908-ci ildə) yazılmışdır.
1918-ci il bütün müsəlman şərqində ilk dəfə olaraq Quzey Azərbaycanda demokratik Cümhuriyyət yaranmışdır - Azərbaycan Cümhuriyyəti (1918-1920-ci illər). Beləliklə XIX yüzilliyin əvvəllərində itirilmiş dövlətçilik ənənələri bərpa edildi: Azərbaycan Cümhuriyyəti ümumbəşəri tərəqqinin həm Qərb, həm də Şərq meylləri özündə birləşdirirdi.

|
Məmməd Əmin Rəsulzadə (1884-1955) |
1920-ci ilin aprelində Sovet Rusiyanın işğalı nəticəsində suveren dövlət devrildi, bolşeviklər hakimiyyəti qəsb etdilər. 1922-1991-ci illərdə Azərbaycan SSR (Sovet Sosialist Respublika) SSRI dövlətinin tərkibində olmuşdur. XX yüzilliyin 80-cı illərində Sovet imperiyasının dağılma prosesinin qedişatında Moskva Ermənistanda və Dağlıq Qarabağda azərbaycan türklərinin soyqırımına yaşıl işıq açdı. Bu siyasət Azərbaycanda milli azadlıq hərəkatının formalaşmasına qüclü təkan verdi. Bu hərəkatı qırmaq üçün 1990-cı il yanvarın 20-də Bakıya Sovet ordusu hücum etdi və qırğın törətdi. Amma milli-azadlıq hərəkatını poza bilmədilər. Məhz bunun nəticəsində 1991-ci il oktyabrın 18-də (SSRI-nin dağılmasından öncə) "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı" qəbul edildi.
Ermənistanın Azərbaycana qarşı təcəvüzü 20% azərbaycan torpaqlarının işğalına, 1 mln. qaçqınların yaranmasına qətirdi.
Günümüzdə Azərbaycan öz neft-qaz yataqlarına görə bir çox beynəlxalq və reqional qidrokarbonat layihələrin iştirakçısıdır.
Azərbaycan tarixinə qıssa rakusrsu tarixi elmlər doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının professoru Elmira Böyük-Ağa qızı Muradəliyeva hazırlayıb. |