Əriklərin yuyun və çəyirdəylərini astaca çıxartın.

Qazanda ya teşdə şərbət hazırlayın. Şərbət qaynayan kimi bir-bir ərikləri içinə atın. 5 dəq qaynadın. Kəfkirlə ərikləri böyük boşqaba yığın. Soyudun. Sonra yenə şirəni qaynadıb ərikləri içinə atıb 5 dəq qaynadın. Ərik bişənədək bu prosedur təkrar olunur. Əsas odur ki, ərikləri hər dəfə şirədən çıxarın, onda əriklər öz formasını saxlayacaqlar. Hazır mürəbbənin şirəsinin rəngi narıncı olmalıdır.
