Reseptlərə

Mürəbbələr

 

AzeriFood.com

Cənnət almasından mürəbbə

 

Cənnət alması -  çox faydalı meyvədir, onlar turşdurlar, amma mürəbbərsi çox ləzzətli olur.

 

1 kq cənnət alması

1,3 kq şəkər (əgər mürəbbəni turşməzə istəyirsiniz, onda şəkəri az qoyun)

1 stəkan su 

Almaların saplaqlarını saxlayaraq, yaxşı yuyun. Çəngəllə deşin. Şəkər və sudan sirop hazırlayın və kənara qoyun.

 

Qazana su töküb qoyun qaynamağa. Su qaynayan kimi almaları suya töküb 5 dəq. qaynadın. Mən çox qaynaddım, onun üçün almalar “partladı” (qabıqları soyuldu). Amma tamı korlanmadı. Almalar qaynayandan sonra onları süsgəcə tökün. Almaları qazana yığıb üstə siropu əlavə edin. 8 saat saxlayın. Mən axşam hazırlayırdım, onun üçün bütün gecəni saxladım.

 

Səhər qazanı orta oda qoydum. Mürəbbə 7 dəq qaynamalıdır. Qazanı odun üstündən gətirib 6-7 saatlıg kənara qoyun (axşamadək). Qaynayarkən ehtiyatla qarışdırın, üzə çıxan almalar dibə enməlidirlər.

 

 

Axşam mürəbbəni odun üstünə qoyub yavaş-yavaş qaynara çatdırın. 5-10 dəq qaynadın. Mürəbbə onda hazırdır ki, almalar kəhraba rəngini alsınlar, şirəsi isə - açıq çəhrayi.

 

 

 

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com