Reseptlərə

Salatlar və qəlyanaltılar

 

AzeriFood.com

Badımcan qəlyanaltısı

 

Çörək tikələri

Badımcan

Sarımsaq

Pendir

Uzun istiot

Göyərti

Duz

Olar xama (smetan)

 

Badımcan peçdə bişirilib qabığından təmizlənir. Badımcan blenderdə xırdalanır.

 

Əlavə olunur: istiot, sarımsaq, göyərti, duz və bunlar blenderdə qarışdırılır. Pendir sürtkəcin xırda gözündən keçirilir və nazik layla çörəyin üstünə qoyulur. Çörək duxovkaya qoyulur və qızılı rəngədək qızarılır. Bundan sonra badımcan xuruşu çörəyin üstünə əlavə olunur və süfrəyə verilir. Badımcanə xama ilə də qarışdırmaq olar.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com