Salat – azərbaycan mətbəxinin tərkib hissəsidir, yay mövsümündə, göyərtinin və tərəvəzin bol olan vaxtı.
Xiyar
Pomidor
Bolqar istiotu
Qırmızı soğan
Göyərti: keşniş, şüyüd, reyhan
Duz, istiot
Salat yeməkdən minimum 1 saat öncə hazırlanır. Tərəvəzi yuyub xırda doğramaq, göyərtini də eynicə. Duz, istiot töküb qarışdırmaq və soyuducuya qoymaq, ”özünə gəlmək” üçün. Bu vaxta tərəvəz və göyərti şirələrini buraxacaqlar. Bu şirə çox ləzzətli və xeyirlidir.