Bu salatı necə eləməyini mən sevdiyim Nəzaket xalamdan öyrənmişəm.
Bişmiş kartof
Nar gilələri
Qırmızı soğan
Keşniş
Mayonez
Duz, istiot
Bişirilmiş və soyudulmuş kartofu kubiklarla doğrayın. Üstünə nar gilələrini tökün. Qırmızı soğanı həlqəvi doğrayın. Xırdalanmış keşnişi, duzu və istiotu əlavə edib üstünə mayonez tökün. Yaxşı olar ki, nar turş olsun.