Reseptlərə

Salatlar və qəlyanaltılar

 

AzeriFood.com

Badımcan kürüsü

 

Badimcan kürüsünün hazırlanmasının bir nechə üsulu var. Təqdim etdiyim üsul “azərbaycan sayağı”dır.

 

Badımcan – 3 böyük

Bash soğan – 4 orta

Pomidor – 5 orta

Olar uzun istiot, əgər acılığı xoshlayırsız

Duz, istiot

Bash soğan həlqəvi doğranılır, qızardılır, duzu və istiotu əlavə edilir.

 

Badımcanı yuyub bərk qızdırılmısh pechin ichinə salın. Badəmcan hər tərəfdən yumushalmalıdır. Mən onları toyuq üchün torbaya qoyuram (“partlamamaq” üchün).

 

Soyuq su ilə bir qab hazırlayın. Badımcan yumushalan kimi sobadan chıxartmaq və 1 dəq. soyuq suda saxlamaq (qabıq yaxshı təmizlənir). Badəmcanə qabəqdan təmizləyəndən sonra xırda-xırda kütlə halınadək doğramaq.

 

Bir qaba pomidoru qoyub, balaca chərtmək və 1-2 dəq. qaynar suya salmaq. Pomidoru qabıqdan təmizləyib xırda-xırda doğramaq.

 

Əgər acı kürü Sizə xoshdur, onda uzun istiotu da əlavə edin.

 

 

Böyük bir qazan götürüb bütün bu kütləni badəmcan, qızarılmısh soğan, pomidor, istiotu qazanın ichinə tökün, üstünə yağ əlavə edin. Mən bitki yağı istifadə edirəm. Yağ chox olmalıdır. Onda kürü dadlı chıxır.

 

Qaynayanacan böyük odun üstünə qoyun, sonra odu ortayadək azaldın. Kürü “qaynamalıdır” ki su buxarlansın və yağ üzünə chıxsın. Eyni kütlə olmaldır. Mən təxminən 3 saat bishirirəm. Kürü soyuyandan sonra qaba töküb soyuducuya qoyun.

Mən böyük qazandan istifadə edirəm, chünki kürü bishdikcə sıchrayır.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com