Reseptlərə

Kabablar

 

AzeriFood.com

Lülə kabab

 

Qoyun və mal ətindən qiymə (50:50),

Baş soğan (ətlə təxminən 1/3 miqdarda)

Duz, istiot

Sumax

Lavaş

500 gr qiyməyə 200 gr soğan olmalıdır. Bu nisbəti qözləmək lazımdır, əks halda lülə şişdə saxlanmayır. Qiyməni yaxşi qarışdırın, 4-5 saatlıq soyuq yerdə saxlayın.

 

15-20 dəq əvvəldən qiymə soyuducudan çixarılır və yenə yaxşı qarışdırılır. Qiymə əllə gətirilir və şişin üstünə sarılır. Biz lüləni sapla da bağlayırıq, amma süfrəyə verilməmiş sap açılır. Sap yanmayır (qəribədir, hə?). Manqalda (qrildə) qızardılır. Bir məqam çox vacibdir: od alovlananda onu əvvəlcədən hazırlanmış duzlu su ilə söndürün.

Sufrəyə lülə lavaşın arasında verilir. Üstünə sumax tökmək də olar.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com