Reseptlərə

Kabablar

 

AzeriFood.com

Tikə kabab

 

Qoyun əti – tikələrlə, olar qabırğacıq

Baş soğan

Narşərab

Göyərti

Duz, istiot

 

Əti yuyub 50 gr tikələrə doğrayın. Qazana lay-lay əti yığıb üstünə duz, istiot tökmək və həlqəvi soğan üstünə yığmaq. Axşamdan soyuducuda saxlamaq. Sabahsı əti şişə çəkin. Amma soğanı tullamayın, ayrıca bir qaba yığıb, kənara qoyun. Manqalı yandırın, kömür qızarmalıdır, ətlə şişləri manqala qoyub qızardın. Manqalda alov qalxsa, onu duzlu su ilə yatırdın. 0,5 saata kabab bişəcək.

 

Süfrəyə kabab boşqabda verilir, baş soğan, pomidor və narşarabla. Olar təzə göyərti ilə üstünü bəzəmək.

İçkilərdən kababın yanına ayran verilir.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com