Zəfəranı axşamdan dəmləyin. Əti yarıbişmiş hazırlayın. Quru meyvəni yuyub iki dəq. qaynar su üstünə tökün. Şabalıdı əvvəlcədən hazırlayın, eyniliklə düyünü.
Qazanın dibinə yağ töküb qazmaq üçün xəmir qoyun. Xəmirin üstünə 1-2 sm yarıbişmiş düyü tökün, onun üstünə ət tikələrini və meyvə şabalıd qarışığı yerləşdirin.

Bunların üstünü tənziflə örtün, quru meyvə düyüylə qarışmamaq üçün. Onların üstünə qalan düyü tökülür. Düyünün üstünə ¼ stəkan su və əridilmiş yağ tökülür. Deşiğ edib tənzifə və ya dəsmala bükülmüş qapağı qoyun. Zəif odun üstünə dəmə qoyun (mənda bu 3-4 saat vaxt apardı, çünki qazanın dibinə ət döşənmişdi). 5-10 dəq. sonra qapağı açıb zəfəranı düyünün üstünə töküb və yenə qapaqla örtün.
Düyünü iri boşqaba (bljuda) çəkib qazmaqla bəzəyin.

Ət və quru meyvə ayrı boşqablara yığılır.

