Reseptlərə

Plovlar və qovurmalar

 

AzeriFood.com

Badımcan qovurması – 2

 

Mən bu xörəyin üsulunu təqdim etmişdim, amma doğranılmış badımcanlarla. Əsl xuruş bütöv badımcanlarla hazırlanır.

 

Badımcan (çox kiçik, uzunluğu 5-6 sm)

Baş soğan

Qoyun əti (mal əti də olar)

Limon turşusu

Sarıkök

Duz, istiot

Ərinmiş ya bitki yağı

Əgər badımcan yoğundursa, onda bəndəmini təmizləyin. Badəmcan nazikdirsə, saplağını saxlamaq olar (amma “yarpaqlar” təmizlənməlidir, ancaq saplaq saxlanılır). Məndə yoğun badımcan idi, onun üçün saplaqları kəsdim.

 

Badımcanı yuyub 4 tərəfdən ağ zolaq kəsilir. Bu hissələr çərtilir və duzla sürtülür. Bir neçə saatlıq belə saxlanılır, acılığı çixmaq üçün.

 

 

Badımcanı yuyub qurudun və yağda qızardın.

 

Əti 3x3 sm həcmində tikələrə bölüb qazana qoyun, biraz su tökün və yarıhazır bişirin. Duz yaddan çımasın. Kəfi yığın.

Soğanı həlqəvi doğrayıb yağda “ölənədək” qovurun. Bişmiş əti əlavə edib soğanla qızardın. Hər dəfə qarışdırın, çünki ət yaxşi qızarılmalıdır.

Sonra bunun üstünə badımcanları yığın. Stəkanda 1 ç.q. limon turşusu, 0,5 ç.q. sarıkök, bir az duzu qaynar suda əridin. Bu məhlulu xuruşun üstünə tökün. Odu azaldın, qazanı qapaqla bağlayın xörək dəmdə bişsin. Xuruşu, badımcanlar əzilməmək şərti ilə, çox səliqə ilə qarışdırın. Məhlul ətlə qarışmalıdır. Xuruş plovla süfrəyə verilir.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com