|
Plovlar və qovurmalar

Plov – Azərbaycanda təntənəli süfrələrin şahıdır. Plovu xüsusi hadisə ilə bağlı hazırlayırlar – bayramda, ailə şənliklə bağlı və s. Əgər Siz evinizə qonaq dəvət etmisinizsə onda qonaq süfrəsi plovsuz mümkün deyil. Özbək plovundan fərqli olaraq azərbaycan plovu ət və toyuqla qarışılmır. Xuruş plovun yanında verilir. Bir sözlə, səhifəyə girib baxın. Bir dəfə görmək yüz dəfə eşitməkdən yaxşıdır!
|