Şabalıdı başdan çətmək və qaynar suda 5-7 dəq. bişirmək. Qaynar qazanı odun üstündən gətirib porsiyalarla şabalıdı çixarıb isti-isti qabığından təmizləmək. Qabığsız şabalıdı əvvəldən hazırlanmış soyuq duzlu suya atın. Beləliklə şabalıd “sınmaz”. Əgər şabalıd iridirsə, onda iki yerə bölün. Amma yxşısı xırda bütöv şabalıddır, çünki xörəkdə onlar daha gəşəng dörsənillər.
Turşunu yuyub 3-5 dəq. isti suda saxlayın, onlar yumşalmalıdır. Düyünü yuyun.
Qiyməni yaxşı qarışdırıb içinə düyünü, şabalıdı, turşunu, duzu və istiotu əlavə edib yaxşı qarışdırın.

Kələm yarpaqlarını ayırıb duzlu suda 5 dəq. saxlayın. Soyudun. Bərk yerlərini kəsin. Qazanın dibinə biraz bitki yağı tökün. Kələm yarpaqının içinə qiyməni qoyub zərf kimi bükün. Dolmanı qatla yığın, üstünə yarıyacan qaynanmış su töküb, orta alovun üstünə qoyub bişirin. Yarımçıq bişəndə qatışıqı əlavə edib axıra kimi bişirin.
Qatışıq belə hazırlanır. 1/3 stəkan qaynanmış suda 1-2 x.q. şəkər tozunu əridin. Şəkər əriyəndən sonra sirkəni elə əlavı edin ki, stəkan dolsun (yanı 2/3 stəkan sirkə).
Dolmanız çoxdursa, onda qatışıq da çox olmalıdır. Süfrəyə verdikdə kələm dolmasının üstündə bulyon olmalıdır. Qarışıq istədiyiniz miqdarda turş-şirin olmalıdır.