Ət və soğandan qiymə hazırlanır. Qiyməyə 1 ç.q. kərə yağ əlavə edin, qiyməni qarışdırın (yağ ətin yumuşaqlıqı üçün əlavə olunur). Duz, istiot, xırdalanmış göyərti, düyü, tomat pastası (olar təzə yaxşı yetişmiş vı qabığdan təmizlənmiş, xırdalanmış pomidor) qiyməyə əlavə edin.
Kələm yarpaqlarını ayırıb duzlu suda 5 dəq. saxlayın. Soyudun. Bərk yerlərini kəsin. Qazanın dibinə biraz bitki yağı tökün. Kələm yarpaqının içinə qiyməni qoyub zərf kimi bükün.

Dolmanı qatla yığın, üstünə xırdalanmış pomidor tökün, sonra yenə qat və pomidor. Yarıyacan qaynanmış su töküb, odun üstünə qoyun. 1-1,5 saat ərzində qapağı bağlı qazanda bişirin. Kələm bişən kimi, xörək hazırdır və isti-isti süfrəyə verilir.