Reseptlərə

İkinci xörəklər

 

AzeriFood.com

Yarpaq dolması

 

Dolma bir çox şərq xalqalrında yayımışdır – türk, ərəb, fars, hətta yunanlılarda, amma hər kəs dolmanı müxtəlif cür hazırlayır. Mən əsl azərbaycan dolması haqqında danışacağam. Yarpaq və göyərti Bakıdan gətirilib.

 

150 gr təzə ya da konservləşmiş üzüm yarpaqı

500 gr qoyun ya da mal qiyməsi (50/50 də olar)

200 gr çıkilmiş baş soğan

Duz

İstiot

Göyərti: keşniş, şüyüd, nanə, tarxun

50 gr noxud, bişirilmiş və yarıya bölünmüş (adətən noxud istifadə olunmur, amma biz noxudlu xoşlayırıq)

50 gr çiy  düyü

 

Göyərtini yuyub doğrayın. Düyünü yuyun, noxudun bişirib ikiyə bölün. Əti soğanla qarışdırıb, düyünü xırdalanmış göyərtini, noxudu, duzu və istiotu əlavə edin. Kütləni yaxşı qarışdırın. Üzem yarpaqlarını yuyub üstünə qaynar su tökün və 2-3 dəqiqə saxlayın, sonra sudan çıxardın. Qalın dibli qazana azca yağ (bitki yağı olar da) tökün, böyük yarpaqları qazanın dibinə yığın. Bir-bir yarpaqları gətirib içinə ət kütləsindən qoyub yarpaqı konvert (zərf) kimi bükün. Əvvəlcə aşağıdan, sonra yan tərəfdən və nəhayət üstən.

 

 

Dolmaları bir-birinin yanına zəncilvarı yığın. Sonra qazanı bərk alovun üstünə qoyun, qaynayan kimi, orta alova keçirin. Dolmaların üstünə su tökün, üstdən dessert boşqab qoyub qapaqı örtün və 1-1,5 saat bişirin, yarpaqlar bişənədək.

 

Əgər təzə yarpaq yoxdursa, onda duza qoyulmuş yarpaqdan istifadə etmək olar. Bu yarpaqı Avropa ölkələrində hər bir türk və ərəb mağazasından almaq olar. Düzdür, onlar qalın və böyükdülər. Belə halda mən qayçı ilə yarpaqı iki hissəyə bölürəm. Azərbaycan dolmasının xüsusiyyəti onun öıçeseder. Dolma nə qədər balacadırsa, o qədər qəşəngdir.

Süfrəyə dolma sarımsaqlı (əzilmiş) qatıqla verilir.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com