|
Kartof küküsü
Chox ləzzətli və asan receptdir. Amma bir shey nəzərə alınmalıdır ki, kartof küküsünü yalnız isti-isti yemək lazımdır, chünki soyuyarkən kartof hırchıldamayacaq.
Kartof – orta 3 d.
Kök – 1 dənə
Göyərti – keshnish, shüyüd
Yumurta - 2 d.
Duz, istiot |
|
Kartof və kökü sürtkəchin böyük gözündən kechirib, kartof kraxmalını sıxın. Göyərtini xərdalayın. Duzu, istiotu, yumurtanı əlavə edib qarıshdırın.

Tavaya yağı tökün və qızdırın. Odu azaldıb xörək qashıqı ilə kartof kütləsini yağa salın. İki tərəfdən qızılı rəngədək qızarılmalıdır.
Nuş olsun! | |