Reseptlərə

İkinci xörəklər

 

AzeriFood.com

Toyuq sousu

 

Bu xörəyi mənim anam çox ləzzətli bişirir. Toyuq həll bişmir, amma eyni zamanda şirəli olur. Məhz belə toyuqu mən xoşlayıram.  Badımcanlar əzilməyir, öz görünüşünü saxlayırlar. Bu xörəklə bağlı anamın sirrini hələ də aça bilmənişəm. Amma toyuqla badımcanın birliyi əvəzsizdir.

 

Bunun üçün lazımdır.

 

Toyuq

Baş soğan

Badımcan

Kartof

Pomidor

Bəzək üçün göyərti

 

 

Badımcanları girdə kəsib, duzlamaq və acılığı çıxmaq üçün bir qədər belə saxlamaq. Sonra badımcanı yuyub qurudmaq və yağda qızartmaq.

 

Toyuqu yuyub hissələrə bölün. Soğanı həlqəvi doğrayıb qızardın. Soğan “ölən” kimi toyuqu soğanla qızardın. Salmonellanın qorxusundan mən toyuqu 5 dəqş qaynadıb suyunu tullayıram və sonra qızardıram. Kartofu təmizləyib 4 hissəyə bölün. Toyuqa əlavə edib 5 dəq. qızardın. Sonra yarıya qədər qaynanmış su töküb qazanın qapağını örtün. Kartof bişməlidir. Pomidoru qabıqdan təmizləyib xırdalayın. Qazana tökün və bağlı qapaqla 5-10 dəq. bişirin. Üstünə lay-lay hazır badımcanları yığın və yenə qapaqla bağlayın. Zəif alovda bişməlidir.

 

Hazır xörəyin üstünə xırda doğranmış göyərtini tökün.

 

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com