|
Qiyməni hazırlayın (ətlə soğanın nisbəti 1:2 olmalıdır), girdə kotlet qızardın və bir tavanın içinə yığın. Kartofu təmizləyib (mən həmişə bir adama iki kartof hesablayıram) eninə 3-4 mm bölün. Kartofu bir-bir ayrıca qızardın, üstünə duz tökərək. Kartof hazır olan kimi yığın kotletlərin yanına. Əğər qızartmadan yağ qalıbsa tökün kotletlərin üstünə. 1 ç.q. sarıkök, 1 ç.q. limon turşusu, ½ ç.q. duz qarışdırıb bir stəkan qaynar su tökün. Bu qatışıqı tavadakı kotlet və kartofu üstünə töküb, orta odun üstünə qoyun, qapagı bağlayıb 1-1,5 saat suyu çəkilənədək bişirin. Qarışdırmayın, vaxtaşırı suyunu yoxlayın.

Qapağı açarkən xörəkdən, qeyrı bir adi ətir hiss olunur. Qabaqqlar limon turşusunun yerinə abqoradan istifadə olunurdu. Nənəm özu abgora hazırlayırdı, çünki limon turşusundan o daha xeyirlidir.
Nuş olsun! |