Reseptlərə

İkinci xörəklər

 

AzeriFood.com

Lobya çığırtması

Yaşıl təzə lobyanın başını və ayaqlarını kəsin. 5-10 dəqiqə duzlu suda qaynadın. Həlqali baş soğanı doğrayıb yarı şəffaflıqadək qızardın. Lobya uzun olduqda iki yerə bölmək olar və soğanın üstünə əlavə edib qızılı rəngədək qızardın (duz yaddan çıxmasın). Pomidoru aşağı tərəfindən çərtib üstünə qaynar su tökün, 3 dəq. saxlayın. Suyu boşaldın və pomidorların qabığını soyun. Sonra pomidoru xırdalayın. Lobya soğanla hazır olan kimi, pomidoru əlavə edib qızartmanı davam edin.

 

Pomidorun suyu çəkilən kimi yumurtanə çalıb çığırtmanın üstünə tökün. 

 

 

Odu minimuma qədər azaldın. Üstünü qapaqla örtün. Yumurta yaxşı bişməlidir. Çığırtmanı 4 hissəyə bölmək olar və beləcə çevirmək.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com