Reseptlərə

İkinci xörəklər

 

AzeriFood.com

Azərbaycansayağı qoyun ətinin qızartması

 

Bu xörək qişda yaxşıdır, küçədə soyuq, amma ürəyin kabab istəyir.

 

 

4x4 sm yağlı qoyun əti parçaları

Kartof

Xırdalanmış pomidor

Əti yuyub qazanın içinə qoyun və üstünə su tökün (çox yox, su ətin üstünə qədər olmalıdır). Duz əlavə edibqazanı odun üstünə qoyun. Kəfi yığın. Qapağı qpyub, odu azaldın. Ət bişməlidir. Su buxarlanıb qazanda yalnız ətin yağı qalmalıdır. Əti öz yağında qızardın.

 

Xırdalanmış pomidoru duz qatıb tavada bişirin. Pomidorun suyu buxarlanıb yalnız “əti” qalmalıdır. Qızarılmış ətin yağını pomidorun üstünə töküb qızardın, yağ pomidordan qırmızı olmalıdır və pomidorla bir kütləyə çevrilməlidir.

 

Kartofu kubiklara doğrayıb qizardin. Süfrəyə boşqabda tərəvəzlə, təzə göyərti, şoraba ilə və ya çiy qırmızı soğanla verin.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com