Reseptlərə

Suplar və şorbalar

 

AzeriFood.com

Şorba

 

Onu hazırlamaq çox asandır və eyni zamanda o, çox xeyirlidir.

 

Parçalanmış toyuq

Qirdə düyü

Quru alça

Zəfəran

Noxud

Şüyüd

Keşniş

 

Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Toyuq yağlı yaxşıdır. Toyuqu yaxşı yuyun, çoxlu miqdarda suda bişirin, sonra bulyondan çixarın, bulyonu isə başqa bir qazana süzün. Bulyonu qaynadın, 4.5 saplaq zəfəran əlavə edin, sonra  quru alça, düyü. Düyü bir qədər olmalıdır ki, şorba həlimli olsun. Hamı bir yerdə bişsin və sonra noxudu əlavə edin, 5-10 dəqiqə bişsin. Düyü bişibsə, deməli şorba hazırdır.

 

Şorba dərin boşqablara tökülür və üstünə xırda doğranılmış göyərti əlavə olunur. Mən və mənim uşaqlarım noxudu xoşlamırıq, onun üçün bizim şorbada noxud yoxdur.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com