|
Xəngəlin xəmiri düşbərə xəmiri kimi hazırlanır və eləcə də kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Doğranmış xəngəli dərhal bişirmək olar. Əgər istəsəniz, yaxşıca qurudub sonraya da saxlaya bilərsiniz. Bunun üçün qurumuş xəngəli elastik və ya şüşə qaba yığıb, ağzını bağlamaq lazımdır.

Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir.
Ət xırdaca doğranır, yuyulur, qazana qoyulub üstünə su tökülür. Qazana bir baş soğan salınır. Ətin kəfi yığılır. Ət bişəndən sonra, bulyonu süzgəcdən başqa bir təmiz qazana süzülür. Ət də bu qazana qoyulur. Noxud əlavə olunur, sonra tomat pastası və 4 ovuc xəngəl. Xəngəl bişənədək bir baş soğan təmizlənir, xırdaca doğranaraq qızılı rəngə düşüncə qızardılır. Süfrəyə verərkən şorbanı boşqaba töküb qızardılmış soğani əlavə edin və üstünə nanə tökün. Sulu xəngəlin yanında süfrəyə sirkənin içində xırdalanmış sarımsaq da verilir.

Azərbaycanın qərb zonasında sulu xəngəli “Qaşıq xəngəli” adlandırırlar. Qaşıq xəngəlini noxudsuz bişirirlər və süfrəyə sirkə-sarımsaqla yox, qatıq-sarımsaqla verirlər
Nuş olsun! |