Reseptlərə

Suplar və şorbalar

 

AzeriFood.com

Təbriz küftəsi

 

Mən sizə təbriz küftəsinin reseptini təqdim edirəm. Təbriz . Azərbaycanın qaədim paytaxtı olmuş, 19.cu yuzilliyin əvvəlində iki Rus-İran müharibələri nəticəsində Azərbaycan iki hissəyə bölündü. Azərbaycanın böyük hissəsi – Güney Azərbaycan, o cumlədən Təbriz şəhəri İranın tərkibində qaldı, Quzey Azərbaycan isə çar Rusiyasının tərkibində. İndi Azərbaycanın bir hissəsi müstəqil Azərbaycan Respublikasıdır, paytaxtı – Bakıdır. İkiyə bölünmüş Azərbaycanın nümayəndələri arasında nigahlar bütöv Azərbaycanın bir simvoludur.

 

Bu gün mənim Güney Azərbaycandan olan gonağqlarım gəlməli idilər və mən onların şərəfinə bu küftəni hazyrladım. Saat 8-də başlayan iş saat 11-də yarımfabrikat vəziyyətinə çatdırdım. Kuftəni əlavə 45 dəqiqə bişirdim və süfrə üçün küftə hazırdı.

 

500 gr çəkilmiş ət (qoyun ya mal əti)

250 gr baş soğan

125 gr ləpə (yarıya bölünmüş noxud)

125  gr düyü

2 orta ölçülü  kartof

2+3 yumurta

1 banka xırdalanmış pomidor

Göyərti – cəfəri, keşniş, şüyüd

Duz, istiot, sarıkök

 

Əti soğanla qarışdırmaq. Düyünü sarıköklə yarımçılıq qədərədək bişirin. Suyunu süzüb qiyməni əlavə edin. Noxudu və kartofu (əlbəttə ayrıca) bişirin, kartofu əzib qiyməyə qatın. Üç çiy yumurtanı da qiyməyə qatın. Duz, istiot əlavə edib yaxşica qarışdırın. Sonra qöyərtini əlavə edin (əgər göyərti qurudursa, onda əvvəldən isladın və suyu süzün).

 

 

Ayrıca 2 yumurta bərk bişirmək, qabığından təmizləyib 4 hissəyə bölmək. Qalan soğanı həlqəvi kəsin. Böyuk qazanda soğanı biraz əlavə edilmiş yağda qızardın. Soğan qızılı bişən kimi, onun 2/3 hissəsini kənara qoyub, qalan hissəsinə bir banka (450 gr) sırdalanmiş pomidor töküb qızartmaqı davam edin. Pomidor qızaranadək, qiyməni 4 hissəyə (mən 5 hissəyə)  bölün. Adətən bu küftə iri olmalıdır, sonra əllırinizdə qiyməyi girdələyib içini dərinləşdirin və ora qızardılmış soğanı, bərk bişirilmiş yumurtanı, quru alçanı yığıb bağlayın və yenədə küftəni girdələyin. Boşqaba qoyun. Qalan qiyməni də eyniliklə küftəyə tutun. Küftənin içinə quru meyvə və qoz da qoymaq olar. Adətən quru armud, quru albalı qoyurlar.

 

 

Pomidor qızarılan kimi, qazana qaynar su tökün. Əgər varsa, turş təzə alça əlavə edin, balaca yaşil istiot. Bumlar qaynayadan sonra küftələri qazana salın və qapaqla bağlayın. Bir müddətdən sonra küftə və tərəvəz üzə çixacaqlar. Bundan sonra 45 dəqiqə hələ bişirmək lazımdır.

 

 

Küftəni və bulyonu süfrəyə ayrıca verirlər. Bulyonu şorba kimi yeyirlər, küftəni isə ikinci xörək kimi. Mən istiotları çixarıb atıram.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com