Reseptlərə

Suplar və şorbalar

 

AzeriFood.com

Küftə-bozbaş

 

500 gr çəkilmiş ət

250 gr baş soğan

30  gr düyü

4 kartof

Turşu (min 4 dənə)

Biraz tomat pastası

Yarim dənə təzə pomidor

Noxud

Sarıkök

 

Küftə-bozbaş Azərbayca şorbalarının bir nümunəsidir. Noxudu gecədən islatmaq lazımdır və səhər yarımçıq bişirmək. Əti,soğanı, düyünü (duz və istiot yaddan çıxmasın) qarışdırın. Kartofu soyun. Pomidorun qabığını soyun və xırdalayın. Turşunu yuyun.

 

 

Qazana 1 litr su töküb qazın üstünə qoyun. Su qaynayacana qədər qiyməni 4 yerə bölüb küftə tutun. Küftənin içinə turshu (quru alça) qoyun. Əllərinizlə küftəni yaxşıca ovuc boyda girdələyin.

 

 

Belece 4 küftə tutdunuz. Su qaynadıqda küftələr bir-bir qazana salınır. Qazan orta alovda olmalıdır. Bir az qaynasın, kəfi yığın, bulyon şəffaf olmalıdır. Noxudu əlavə edin. Soyulmuş kartofu əlavə edin, kartof  bir az bişəndən sonra isə qalan turşuları əlavə edin. Hazır bişirilmiş noxud da istifadə edilə bilər. Bu noxudu ən axırda əlavə etmək lazımdır.

30 dəqıqədən sonra kartofun bişməsini yoxlayın, əgər bişibsə, onda 1,5 çay qaşıqı tomat pastasını və doğranmış pomidoru əlavə edin. 15 dəqiqə bişirin. Küftə hazırdır. Küftənin üstünə quru nanə tökülür. Küftə ilə lavaş və shoraba yaxşı yeyilir.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com