|
Əriştəni və bulyonu hazırlayın, bir ovuc “bül-bül göz, qara göz” lobya bişirin.

Əgər bulyon toyuqdandırsa, onda həmraşida toyuq olmalıdır. Toyuq bişəndən sonra onu sümükdən ayırın və parçalara xırdalayın. Bulyonu qaynadın və qaynayan kimi 5-6 saplaq zəfəran atın. 3 dəqiqə qaynasın. Sonra əriştəni əlavə edin. Adi şorba ilə muqaisədə əriştə daha çox olmalıdır, amma o dərəcədə yox ki, bulyonu təmamiylə özünə çəksin. Mən bir toyuqun bulyonuna 4-5 porsiya hazır ərişdəni (şəkildəki kimi) əlavə edirəm. Ərişdə bişən kimi, toyuqu və lobyəni bulyona qatırsız. Şorba hazırdır.
Süfrəyə xəmraşı isti verilir və üstünə quru nanə tökülür. Bu mütləqdir!

Orijinal xəmraşını, qeyd etdiyim kimi, xirda küftəciklərlə hazyrlayırlar. Süfrəyə verəndə küftəcikləri və lobyani əlavə edin. Xəmraşini sarmısaqlı sirkə ilə də süfrəyə vermək olar.
Nuş olsun! |