Reseptlərə

Suplar və şorbalar

 

AzeriFood.com

Dovğa

 

1 litr qatıq

1 litr su (0.5 litr toyuq bulyonu+0,5 litr su daha ləzzətli olur)

150 gr çiy düyü

1 yumurta

Təzə göyərti – keşniş, şuyud, kəvər, təzə (yaşıl) sarımsaq

Bir ovuc noxud

 

Qöyərtini yuyub narın doğrayın. Kəvərlə başqa göyərtinin qıçalarıni ayrıca yığın (bunlar daha gec bişir). Qalan göyərtini başqa qaba yığın. Düyünü yuyub qazana tökün (qazan böyük olmalıdır), yumurtanı əlavə edin və yaxşıca calın. Qatqı əlavə edin, sonra su ilə qarışılmış bulyonu və qarışdırın, qoyun orta odun üstünə. Qatıq çürüməmək üçün kütləni arası kəsilmədən qaynayanacan qarışdırın.

 

 

Sonra düyünü bişməsini yoxlayın. Ondan sonra kəvərlə başqa göyərtinin qıçalarıni, varsa göy sarımsaği əlavə edin. 2-3 dəqiqə qaynasın. Sonra qalan göyərtini əlavə edib qazı söndürün.

 

 

Yaqin ki fikir verdiniz, duz əlavə olunmur, çünki dovğanı çürüdə bilər. Onun üçün duz bişındən sonra əlavə olunur. Qatıqla su arasında nisbət haqqında qeyd edim ki, qatıq nə qədər bərkdisə, bir o qədər su çox əlavə olunmalıdır. Dovğanı yalnız sudada bişirmək olar. Amma bulyon əlavə edəndə daha ləzzətli olur. Dovğaya bişmiş noxud da əlavə etmək olar. Dovğanı süfrəyə soyuq halda verirlər və mütləq yağlı azərbaycan plovundan sonra.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com