Göyərtini yuyub doğrayın. Sarımsağı və çilini də xırdalayıb göyərtiyə əlavə edin. Duzu qatın.

Böyük badımcanları xırda kubiklara doğrayıb duzlayın, acılığı getsin.

Kubikları yuyub duzlu qaynar suda 4-5 dəq. pörtün. Sonra aşsüzənə yığıb 0,5 saatlıq ağır əşya altında saxlayın. Badımcanları yaşıl içə əlavə edin. Xırdalanmış təzə kökü, çuğunduru və qırmızı soğanı da əlavə edin. Duzlayıb, qarışdırın. Bankaya yığın (bankanin ¾ hissəsi dolmalıdır) və üzərinə sirkə tökün. Uzun taxta qaşıqla bir neçə yerdə deşik açın ki, sirkə tam yayılsın. Lazımsa, yenə sirkə əlavə edin. Bankanı bağlayıb sərin yerə qoyun. Bütün tərəvəz və sarımsağı mən xırdalamaq üçün xüsusi maşından (ətçəkəndən yox!) keçirirəm. Əllə xırdalamaq çox vaxt aparır.
