Reseptlərə

Undan xazırlanmış xörəklər

 

AzeriFood.com

Balqabaq qutabı 

Qiymə

Balqabaq

Baş soğan

Nar

 

Xəmir

Un

Su

Duz

 

Yağ

 

Bu növ  qutabların hazırlanması ət qutabı kimi eynidir. Balqabaq qabığından təmizlənir və kub şəklində doğranıb öz buğunda (bir az su əlavə etmək olar) bişirilir. Orta alov üstündə bağlı qapaqla. Balqabaq şirin deyilsə onda bir az şəkər tozu əlavə edin. Balqabaq çox su salacaq. Narahat olmayın, balqabaqı qarışdıraraq püre vəziyyətə düşür, qazanın qapağını açmaq, su buxarlansın. Soğanı kvadratlara doğrayın və qızılı rəngədəğ qızardın (bir az duzda əlavə edin). Balqabaqın suyu çəkiləndən sonra soğanı qatın və bunları kənara cəkin. Narı dənləyib balqabaq püresinə qatın.

 

 

Una bir az ilıq su və duz əlavə edib xəmir yoğrulur, xəmir bərk olmamalıdır, ələ yapışmasın. Xəmiri yumruq boyda kəsin və kündələyin. Kündələri nazik yayın və dessert boşqab ölçüsündə dairələr kəsin. Dairənin yarısına nazik layla balqabaq qiyməsi qoyulur və aypara şəklində bükülür, qıraqlarını bərkidin.

 

 

Qutablar yağda qızardılır.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com