Reseptlərə

Undan xazırlanmış xörəklər

 

AzeriFood.com

Çudu

 

Mən çudunu çoxlu xoşlayıram. Bu bizim mətbəxin xüsusiyyətidir – şirin-turş bir vaxtda istifadə olunur. Təəssüf olsun ki vaxt azlığından mən tez-tez çudu bişirə bilmirəm. Ancaq vaxt tapanda mən vaxtımın üç-dörd saatını bu pirojkinin hazırlanmasına məmnuniyyətlə sərf edirəm.

 

Azərbaycanda iki növ çudu hazırlanır – qızardılmış və sobada bişirilmiş. Mən daha çox bişirilmiş çudu xoşlayıram.


Çudunun xəmiri şəkərburanın xəmiri kimi hazırlanır
 

Xəmir

Un 1 kg

Yağ 500 gr

Yumurta sarısı 5 dənə

Xama 250 gr

 

İç

Mal ətindən qiymə (ya da ki mal-qoyun ətindən qiymə)

Baş soğan

Duz, istiot

Lavaşana

 

Unu yağla qum zərrəsinədək kəsin, sonra xamanı və yumurta sarısını əlavə edib yoğurun. Xəmiri soyuq yerdə saxlayıb bir-neçə saatdan sonra bişirə bilərsiniz.

 

 

Xəmiri qoz boyda (50 gr) xırda kürəciklərə bölün. Onları 7-8 sm diametrli dairələr şəklidə yayın.

 

 

 

İç – mal qiyməsi və ya yarıbayarı mal-qoyun qiyməsinin qarışığından soğan əlavə etməklə hazırlanır. Hazırlanmış qiyməyə lavaşana qatılır və 5 dəqiqə yenə qızardılır. Ət turshməzə olumalıdır. Yayılmış xəmirin içinə ət qoyulur. Sonra onlardan qıraqları bərk-bərk birləşdirilərək, aşağı hissədən hörülməklə çudu (pirojki) düzəldilir. Çudunun qırağı aşağıdan yuxaarıyadək barmaglarla dartılıb, böyük barmaqla içəri burulur.

 

 

Çudular tavaya yığılır və 200 dərəcə temperaturda sobada qızaranadək bişirilir. Sobadan çıxardıgda, isti-isti hər bir çudunun üstünə kərə yağı çəkilib sumaqa batırılır. Süfrəyə veriləndə zövqdən asılı olaraq üstünə şəkər tozu səpə bilərsiniz.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com