Reseptlərə

Undan xazırlanmış xörəklər

 

AzeriFood.com

Quymaq

 

Burada mən Azərbaycan sıyığı olan – quymaqdan söhbət açacağam. Əsasən quymaq doğuşdan sonra qadınlara, əməliyyatdan sonra hər bir kəsə verirlər. Quymaq çox enerji və qüvvət  verir.

Buğda unu

Ərinmiş yağ

Su

Şəkər

Darçın

 

3 xörək qaşığı yağı əridib 6 xörək qaşığı unu əlavə etmək. Un yağda açıq  qəhvəyi rəng alınca qovrulur (halva olduğu kimi). Kütlə hazırdır, bu 15 dəqiqə vaxt aparır.

 

 

Unu qovurarkan, suyu qaynadın. Un hazır olan kimi qazın üstünə daha böyük bir qazan qoyun və un qarışığını bu qazana tökün. Ehtiyatlı olun, kütlə qaynayır, fışıldayır. Arası kəsilmədən qarışdırmaqla üç dəfəyə bir litr qaynar suyu əlavə edin. Unla su bir kütləyə çevrilməlidir. Kütlənin arasına biraz su tökün və qapaqla örtün. Zəif od üzərində 1 saat ərzində bişirin.

 

 

Quymaq süfrəyə dərin boşqabda verilir. Üstünə darçn və şəkər tozu səpilir.

 

 

İranda quymağı şəkər şərbət əsasında biçirirlər, su yerinə sirop tökürlər. Onun üçün quymağın üstünə şəkər səpilməyir.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com