|
Çəkilmiş əti və soğanı qarışdırın, duz və istiot qatın. Sonra lavaşananı və ya tomat pastasını bu kütləyə əlavə edib, kənara qoyun .

Sonra xəmiri hazırlayın – una biraz ilıq su və duz qatın. Xəmirdən xırda, 70-100 gramlıg kündələr yoğurun. Kündələri dəsmalın üstünə yığın, üsünü selofanla örtün ki, kündələr qurumasın. 5-10 dəqiqə kündələr beləcə qalır.

Sonra kündələri diametri təxminən 1 metrədək yayın. Kiçik bir boşqabla (diametri təxminən 20 sm) açılmış xəmirin üstündə dairələr kəsin. Məndə 5 dairə alınır. Xəmirin kəsilmiş hissələrini birləşdirib, yeni dairə kəsin. Beləliklə 6 dairə alınacaq.

Hazırlançış ət qiyməsi xəmir dairənin içinə qoyulur və aypara şəklində bükülür, qıraqlqrını bərk-bərk yapışdırın.

Qutablar yağda (bitki və yaxud əridilmiş kərə) qızardılır.
Qutabları isti-isti süfrəyə qoyurlar. Qutabı sumaxla da təklif etmək olar. Qutabları yalnız ətlə deyil, eyni zamanda göyərtidən, boranıdan (balqabaq) hazırlayırlar.

Nuş olsun! |