|
3 xörək qaşığı unu kağızın üstünə töküb, unun üstünə su çiləmək, sonra unu əllərlə ovmaq. Suyu az-az əlavə etmək. Xırda kiçləri ayrı bir qaba yığmaq. Bu prosesi o vaxta qədər davam etdirmək lazımdır ki, un lap az qalsın.

Başqa bir qabda 1,5 xörək qaşığı yağı əritmək (mən 2,5 qaşıq getirdim, bu həddindən artıq yağ oldu). Yağ əriyən kimi onun üstünə un kütləsini əlavə etmək və yaxşı- yaxşı qarışdırmaq lazımdır. Qızılı rəngə qədər qovurmaq.

Şəkər şərbətinə bu miqdarda una mən 0,5 şəkər tozu, 0,5 stəkan su və 0,5 çay qaşığı bal, bir az zəfəran istifadə elədim. Halva qızılı rəng alan kimi, odun üstündən gətirmək və hissə-hissə siropu əlavə etmək. Bunları arası kəsilmədən yaxşı qarışdırmaq lazımdır. Sirop halvaya hopmalıdır.
Nuş olsun! |