|
Əvvəlcə sirop hazırlanır. Qazanda şəkərin üstünə suyu töküb, qazın üstünə qoyun. Qaynayan kimi bal və bir neçə zəfəran saplağı əlavə edin, qarışdırın. Sonra qazanı odun üstündən kənara qoyun.

Ayrıca yağı əridin. Ərinmiş yağa un və bir az duz əlavə edib yaxşıca qarışdırın, un yağla yaxşı qarışdırın, un yağla yaxşı qarışmalıdır. Əgər yağ undan çoxdursa, onda yenə bir qədər un əlavə edin. Sonra unu əlavə etmək olmaz. Qarışdıraraq, unu yağda qovurun. Qaz orta alovda olmalıdır. Qızılı rəngə qədər qarışdırmaq lazımdır.

Odun üstündən tavanı gətirib şəkər şirəsini kütlənin üstünə hissə-hissə əlavə edirsiniz. Bu kütlə hətta fışıldayacaq. Sirop kütlə ilə yaxşı qarışdırılmalıdır.

Sonra halvanı dayaz dessert boşqablara tökərək, bir saatlıq kənara qoymaq lazımdır ki, “bərkisin”. Halvanın üstünü bəzəmək olar. Yaxşı çalınmış halvanın rəngi acıq olmalalıdır, halvanın qırağına kayma kimi yağ çıxmalıdır. Əgər halva bərkdirsə, deməli unu çox vurulub. Halva lap duru olduqda, deməli siropu çox vurulub. Halva çox qaldıqca bərkiyir.

Nuş olsun! |