|
Unç yumurta və sudan ələ yapışmayan xəmir yoğrulur (düşbərə kimi). Çox nazik xəmir yayılır (yaymaq haqqında “texnika” bölümünə baxın). Yayılmış xəmir böyük rombiklara kəsilir və başqa taxtanın üstüünə qurumaq üşün yığılır.

Vaxtaşırı rombikları taxtaya yapışmamaq üçün çevirmək lazımdır. Qurumaq müddəti 7-9 saatdır.

Bu müddətdə qiyməni hazırlayın. Çəkilmiş ət soğanla, duzla və istiotla qarışdırılır və tavaya qoyulur. Üstünə 2 x.q. su tökülür və ət o vaxtadək bişirilir ki, su buxarlansın.

Sonra ətə yağ əlavə olunur və ət qızardılır. Qaydaya görə ət çox qızarılmamalıdır, amma mən özüm çox qızarılmış qiymə xoşladığım üçün, şəkildə belə də düşüb.
Qatıqı xırdalanmış sarımsaqla qarışdırın, bir az duz əlavə edin.
Qazanda suyu qaynadın, duz əlavə edin. Su qaynayan kimi qurudulmuş xəmir rombikları qazana atırsınız və 5 dəq. bişirirsiz. Amma qazanın yanında durmaq lazımdır, çünki çox qaynadmaq olmaz, onda xingal xəmirə dönər.
Qazanı süzgıcdın keçirib yaxşıca silkələmək lazımdır ki, su qalmasın və boşqablara boşaltmaq. Üstünə yağ qoymaq, ət və sarımsaqlı qatıq. Xingali isti-isti yeyərlər.

Nuş olsun! |