Reseptlərə

Undan xazırlanmış xörəklər

 

AzeriFood.com

Xəşil

(iki nəfərlik)

 

Buğda unu 100 gr

Su 400 ml+300 ml

Yağ

Bir az duz

Doşab

 

Qazanda 100 gr unu 400 ml suyla və bir az duzla (halallıq üçün) qarışdırmaq, un suda tam açılmalıdır. Qazanı balaca alovun üstünə qoyun. Yavaş-yavaş qalan 300 ml suyu əlavə edin. Bu 5 dəqiqə vaxt aparır.

 

 

Qazanın qapağını örtüb 15-20 dəqiqə bişirin.

 

 

Xəşil dərin boşqaba çəkilir, ortasına doşab və yağ tökülür. Yedikcə yağ və doşab (ya başqa şirin sirop) əlavə olunur, çünki yağsız xəşil mədə üçün təhlükəlidir.

 

 

Xəşili qışda yeyirlər. Xəşil, bütün xəmir xörəkləri kimi, soyuqdəymədə çox faydalıdır.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com