Reseptlərə

Undan xazırlanmış xörəklər

 

AzeriFood.com

Qızarılmış çudu

 

Xəmir

Buğda unu (nə qədər su aparsa) 500 ml

Maya 20 gr

Şəkər tozu 1 xörək qaşığı

Duz 1-2 çay qaşığı

 

İç

Mal əti 500 gr

Soğan 200 gr

 

Qatlar üçün ərinmiş yağ

 

Bu növ çudunun bişirilmə texnologiyası şor qoqalı ilə eynidir. Əti əvvəldən bişirin və ət maşınından ya blenderdan keçirin. Soğanı xırda doğrayıb qızılı qızardın. Əti soğanla qarışdırın, duz və istiot əlavə edin. Fikir verin, bu kütləyə başqa heç bir şey əlavə olunmayır.

 

İlıq suyu maya ikə qarışdırın, səkəri, duzu və unu əlavə edin. Qatı xama konsistensiyası alınmalıdır, oladiya xəmiri kimi. İsti yerə qoyun, kutlə qalxmalıdır və bir necə dəfə həcmində artmalıdır. Kütləni vaxtaşırı qarışdırın.

 

Qaba unu töküb dərinləşdirin və malayanmış kütləni əlavə edin. Xəmiri qarışdırın. O, nə çox bərk, nə yumşaq olmalıdır. Xəmiri 50 gr kündələrə bölün 5 dəqiqə saxlayın, üstünə dəsmal atın. Xəmir qurumamaq üçün üstünə selofan salmaq olar.

 

Hər kündəni 1-2 mm nazik yayın. Yayılmış kündələrin arası yaqlayın. Sonuncuya yağ vurmayın. Laylar nə qədər çox olsa, o qədər yaxşıdır.

 

 

Kökənin üstündə istəkanla dairələr kəsin.

 

 

Hər dairənin içinə qiymə qoyub hörün, şəkərburada olduğu kimi. Əlbətdə, hörmək (burmaq) o qədər də asan deyil və şəkərbura kimi qəşəng çıxmayacaq.

 

 

Maksimal isti yağda cudunu qızardın. Diqqət, diqqət! Frityurnitsadan istifadə etməyin. O, çuduları korlayar. Mən ondan istifadə etmişəm və çudular korlanıblar.

Qızarılmış çuduları basın sumağa. Süfrəyə verəndə çudunun üstünə şəkər tozu (pudra) səpin. Çudu süfrəyə soyuq verilir.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com