|
Yumurtadan, ilıq sudan və undan bərk olmayan xəmir yoğrulur. Xəmir 80-100 gramləq kündələrə bölünür və kündələr dəsmalın üstünə qoyulur. 5 dəqiqəlig belə halda qalır (üstü örtülmüş). Hər kündə naziq yayılır. Xəmirin qalınlığı 1-2 mm olmalıdır. Xəmir nə qədər naziq olsa o dərəcədə yaxşıdır. Sonra xəmirin üstündə diametri 8 sm ölçüdə dairələr kəsilir (mən armudı istəkandan istifadə edirəm).

Hər kiçik dairənin ortasına qiymə qolyulur. İndi hər çətin an başlayır. Qıraqlarını necə bərkitmək. Böyük barmaqla sizə yaxın olan ucu gətirib işarə barmaqla sıxin. “Tikişi” axıra qədər davam edirsiz.

Bax beləcə gürzələr alınacaq!

Qazana su tökub qazın üstünə qoyun. Suyu çox tökməyin, yoxsa dadlı olmaz! Bir az suya duz əlavə edin. Su qaynayan kimi, xırda kəsilmiş pomidor əlavə edin. Su qaynayır və siz “incəsənət əsərini” qazana atıb 5-10 dəqiqə bişirirsiniz. Alov orta olmalıdır. Bişərkən duzunu yoxlayın. Süfrəyə gurzə dərin boşqabda verilir, üstünə sərmisaqlı qatıq (yoqurt) tökülür.

Nuş olsun! |