Reseptlərə

Undan xazırlanmış xörəklər

 

AzeriFood.com

Pirojki

Xəmir

30 gr təzə maya

500 ml süd

150 gr  yağ

1 yumurta

500 gr un

1+4 xorək qaşığı şəkər tozu

Duz

 

İç 1

Kartof

Baş soğan

Duz

İstiot

 

İç 2

Mal əti

Yumurta

Şüyüd

Duz

İstiot

 

Əvvəlcə içi düzəldək. İç 1 üçün kartof bişirilir, soğan kvadratlara qızılı qızardılır. Kartofdan püre hazırlanır və soğan, duz, istiot qarışdırılır.

 

İç 2 ücün mal əti bişirilir, ət maşınndan buraxılır. Bərk bişirilmiş yumurta çəngəl ilə əzilir və ətlə qarışdırılır. Şüyüd xırda kəsilir və ətə qatılır, eyni zamanda duz və istiot qatılır.

 

 

 

Xəmirin hazırlanması. Maya ilıq süddə əridilir, buna 1 xörək qaşığı şəkər, bir az duz və un (təxminən 15 x.q.) əlavə edilirş Bu kütlə bərk olmayan xamanı xatırlatmalıdır. Üstünü örtüb isti yerə yarım saatlıq qoyun. Bəzən bu kütləni qarışdırın.

 

Yaği əridib soyudun.

Bir qaba 300 gr un töküb, mayalanmış xəmiri, yağı, yumurtanı, duzu və şəkəri (diqqət, kim şırın ya əksinə pirojki xoşlayır, şəkərin miqdarı da ona uyğun olmalıdır) əlavə edin. Hissə-hissə unu əlavə edin və xamar xəmir yoğurun. Xəmir bir az ələ yapışacaq. İsti yerdə 1-1,5 saat qoyun və vaxtaşırı xəmiri yoğurun.

 

Xəmir kürəciklərə bölüb dəsmalın üstünə yığın. Üstlərini başqa dəsmalla 5 dəqiqə örtün.

 

Hər kürəcikdən 7 sm diametrli dairə açın. İçi dairənin ortasına qoyun və dairənin qıraqlarını birləşdirin. Pirojkiləri tavaya yıqıb, üstünə yumurta vurun və 200 hərarət ilə qızdırılmış sobada 20-30 dəqiqə bişirin.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com